AZ

Prezident İlham Əliyev leysan və sel sularının fəsadlarının aradan qaldırılması vəsait ayırıb - SƏRƏNCAM

Bakı. Trend:

Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclüleysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərinfəsadlarının aradan qaldırılmasına 85 milyon manat ayrılıb.

Trend xəbərverir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncamimzalayıb.

Sərəncamda qeyd olunub ki, cari ilin mart–aprel ayları ərzindəgüclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində vəAzərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş,kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik)obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurmuşdur. Aidiyyətidövlət orqanları (qurumları) tərəfindən mövcud vəziyyətin təhliliaparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsindəfəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülmüş,su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularınınmaneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təminedilmiş, infrastrukturun bərpası və təmir-tikinti işləri həyatakeçirilmişdir.

Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlifbölgələrində güclü leysan yağışları və yaranan sel sularınəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılmasıistiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habeləgələ­cəkdə analoji halların təkrarlanmaması üçün AzərbaycanRespublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuşAzərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan buSərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsiüçün ümumilikdə 85.869.260,0 (səksən beş milyon səkkiz yüz altmışdoqquz min iki yüz altmış) manat, o cümlədən AzərbaycanRespublikasının Fövqəladə Hallar Nazirliyinə 8.876.210,0 (səkkizmilyon səkkiz yüz yetmiş altı min iki yüz on) manat, Bakı Şəhərİcra Hakimiyyətinə 1.437.315,0 (bir milyon dörd yüz otuz yeddi minüç yüz on beş) manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə21.443.875,0 (iyirmi bir milyon dörd yüz qırx üç min səkkiz yüzyetmiş beş) manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə39.103.600,0 (otuz doqquz milyon bir yüz üç min altı yüz) manat və“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 15.008.260,0 (on beş milyonsəkkiz min iki yüz altmış) manat vəsait ayrılıb.

Seçilən
25
49
az.trend.az

10Mənbələr