AZ

Şəhərdə piyada vurulmalarını azaltmaq üçün trafiki sakitləşdirən həllər vacibdir Nəqliyyat eksperti

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Şəhər küçələri sürət üçün yox, insan üçün dizayn edilməlidir. Piyada təhlükəsizliyini təmin etmək üçün kompleks şəkildə iş aparılmalıdır. Səki davamlılığı təmin edilməli, səkilər kəsilməməli, qarşısını alan baryerlər aradan qaldırılmalıdır ki, piyadalar məcburən yol hissəsinə çıxmasın”.

Bunu 525.az-a açıqlamasında nəqilliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev 525.az-a bildirib. Ekspert vurğulayıb ki, svetoforla nizamlanan keçidlər artırılmalıdır:

“Qısa və rahat keçidlər piyadanı riskli davranışdan çəkindirir. İki və daha çox zolaqlı küçələrdə piyadalar yolu mərhələli keçə bilməlidir. Keçidlər kontrast işıqlandırılmalıdır. Gecə vaxtı görünürlük artırılmadan təhlükəsizlik mümkün deyil. Keçidlərə yaxın parkinq fiziki olaraq ayrılmalı, sürücünün piyadanı əvvəlcədən görməsi təmin edilməlidir. Dayanacaqlarda “anti-cib” (bus bulb) həlləri tətbiq olunmalıdır.  Bu, həm ictimai nəqliyyatı sürətləndirir, həm də parkinqlə toqquşmanı aradan qaldırır. Eyni zamanda həssas məkanlarda sürət fiziki olaraq azaldılmalıdır. Bağça, məktəb, poliklinika və xəstəxana önündə “Berlin yastığı” kimi elementlər tətbiq edilməlidir. Kamera və cərimə problemi tam həll etmir. Əsas həll – küçələrin düzgün dizaynıdır. Elə dizayn ki, sürətli hərəkət fiziki olaraq mümkün olmasın”.

Sevinc Qarayeva

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
525.az

1Mənbələr