AZ

İtaliya nəhəngi "Bayern"in ulduzuna cəlbedici müqavilə təklif etdi - "Hə" desə, ildə bu qədər qazanacaq

"Bayern Münhen"in yarımmüdafiəçisi Leon Qoretska karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Nikolo Skira yayıb.

Mənbənin məlumatına görə, "Milan" 31 yaşlı alman oyunçunun xidmətlərində maraqlıdır və artıq oyunçuyla danışıqlara başlayıb. İtaliya nəhəngi Qoretskaya mövsümünə 5 milyon avro maaş və imza bonusu olmaqla, 2029-cu ilin yayına qədər müddətə, üç illik müqavilə təklif edib.

Həmçinin, "rossoneri" rəhbərliyi futbolçunu inandırmaq üçün müqaviləni daha bir mövsüm uzatmaq variantını da daxil etməyə hazırdır.

2018-ci ilin yayından bəri "Bayern"də oynayan Qoretska bu mövsüm 43 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

"Milan" 34 turdan sonra 67 xal toplayıb və A Seriyasında "Napoli"dən iki xal, "Yuventus"dan isə üç xal geridə olmaqla, üçüncü yerdədir.

Mirağa

Seçilən
29
1
fanat.az

2Mənbələr