AZ

“Bu cür iddialar daha çox siyasi məqsədlərə xidmət edir”- İlqar Hüseynli

Nyu York şəhərinin meri Zohran Mamdaninin 1915-ci il hadisələri və Azərbaycanla bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Məsələ ilə bağlı iqtisadçı ekspert İlqar Hüseynli QHT.az-a açıqlamasında bu yanaşmanı tənqid edib və onu əsassız hesab etdiyini bildirib.

İlqar Hüseynli qeyd edib ki, “1915-ci il hadisələri ilə bağlı qondarma erməni soyqırımı iddiaları bir çox hallarda siyasi liderlər tərəfindən erməni diasporasının dəstəyini qazanmaq məqsədilə səsləndirilir”. Onun sözlərinə görə, Mamdaninin açıqlaması da bu kontekstdə qiymətləndirilməlidir və ciddi nəticə doğuran mövqe kimi qəbul olunmur.

 “Azərbaycan artıq beynəlxalq səviyyədə öz mövqeyini ortaya qoyub və 2020–2023-cü illərdə həyata keçirdiyi addımlarla ərazi bütövlüyünü bərpa edib”. Onun sözlərinə görə, bu proses beynəlxalq hüquq çərçivəsində həyata keçirilib və müxtəlif beynəlxalq qurumlar tərəfindən də qəbul olunub. ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair ilkin sənədlər paraflanıb və bu, regionda yeni mərhələnin başlanğıcıdır”.

Onun fikrincə, hazırda regionda yeni yanaşmalar formalaşır və həm Azərbaycan, həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət səviyyəsində sülhə yönəlik addımlar atılır.

İlqar Hüseynli: “Bu kimi bəyanatlar daha çox erməni diasporasına hesablanmış çıxışlardır və real proseslərə ciddi təsir göstərmir”.

O qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyəti də bu məsələyə münasibət bildirib və müxtəlif müraciətlərlə öz mövqeyini ortaya qoyub.

Sonda ekspert  Azərbaycanın  öz beynəlxalq siyasətini uğurla davam etdirdiyini, ölkənin ərazi bütövlüyünün artıq dünya tərəfindən qəbul olunduğunu və bu baxımdan bu tip açıqlamaların ciddi əhəmiyyət kəsb etmədiyini vurğulayıb.

Zəhra Ağayeva

Seçilən
74
qht.az

1Mənbələr