AZ

Rusiyada yaşayan azərbaycanlılarla bağlı yeni qərar verildi İyulun 1 dən...

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyada yaşamaq və işləmək istəyən əcnəbilər üçün xərclər kəskin şəkildə artırılır. Rusiya Maliyyə Nazirliyinin hazırladığı qanun layihəsi artıq hökumət komissiyası tərəfindən bəyənilib.Demokrat.az xəbər verir ki, hökumət xarici vətəndaşlar üçün nəzərdə tutulan dövlət rüsumlarının dəfələrlə artırılmasını təsdiqləyib. Yeni tariflərin 1 iyul 2026-cı il tarixindən etibarən tətbiq olunması planlaşdırılır. Dəyişikliklər həm vizaları, həm də ölkədə qalmaq üçün tələb olunan sənədləri əhatə edir.Məlumata görə, 90 günədək ölkədə qalmaq istəyən miqrantlar çoxdəfəli giriş vizası üçün əvvəlkindən üç dəfə çox, yəni 6 000 rubl ödəməli olacaqlar. Ən kəskin artım isə Rusiya vətəndaşlığına qəbul və ondan imtina prosedurlarında müşahidə edilir. Bu xidmət üçün rüsum 4 200 rubldan birbaşa 50 min rubla qaldırılır.Həmçinin oxu:

Bakının ən ucuz evləri bu ərazidədir — SƏBƏB

Bakıdan başladı, bütün ölkədə olacaq — Artıq gizlənmək mümkün deyil

Başqa ölkənin serialına baxanları edam edirlərBundan başqa, yaşayış icazəsinin (VNJ) qiyməti beş dəfə artaraq 30 000 rubla, giriş dəvətnaməsinin rüsumu isə səkkiz dəfə bahalaşaraq 8 000 rubla çatacaq. Şirkətlər də əcnəbi işçi cəlb etmək üçün hər nəfərə görə 15 000 rubl ödəməli olacaqlar.Hökumət yanında Maliyyə Universitetinin professoru Aleksandr Safonov bildirib ki, bu addım digər ölkələrdən gələn işçi axınını zəiflədə bilər."Bu dəyişikliklər tikinti, kənd təsərrüfatı, ticarət və mənzil-kommunal sahələrində ciddi işçi qüvvəsi çatışmazlığına yol açacaq", - o söyləyib.Qısası, Rusiyada sənəd almaq və vətəndaşlıq qazanmaq istəyən şəxslər bu ilin yayından etibarən dövlətə indikindən 12 dəfəyə qədər daha çox pul ödəməli olacaqlar, bu da ölkəyə gələn işçi sayının azalması ilə nəticələnə bilər.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
4
demokrat.az

5Mənbələr