AZ

AMEA Regional Elmi Mərkəzinin direktoru vəfat edib

Fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, Şəkinin dəyərli ziyalısı Yusif Şükürlü vəfat eedib.

“Cebheinfo.az” xəər verir ki, ömrünü elmə həsr edən dəyərli 29 apreldə Şəkinin Baş Şabalıt kəndində dəfn ediləcək.

Yusif Şükürlü apardığı elmi-tədqiqat işlərinin nəticələri ilə keçmiş İttifaq və respublika səviyyəsində konfranslarda çıxışlar etmiş, mətbuatda dərc olunmuş və müəlliflik şəhadətnamələri və patentlər alıb. Onun çap olunmuş 74 elmi, metodik, tədris-metodik və bədii əsərləri var. Onlardan 60-ı fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiəsindən sonra dərc edilib. 

Müdafiədən sonra və PhD müdafiə işinə aid olmayan 5 müəlliflik şəhadətnaməsi, 4 patent almış, Respublika əhəmiyyətli və müxtəlif xarici elmi jurnallarda 29 məqalə çap etdirmiş, 21 beynəlxalq və yerli elmi konfransların iştiralçısı olmuş və o konfransların materiallarında tezisləri, fizika praktikumuna aid 1 tədris-metodik məqalə (fizika praktikumu), innivativ istiqamətdə 1 metodik vəsaiti (2,5 ç.v.), biri ümumi fizika kursuna aid (46,2 ç.v.) və biri fizikanın dalğa optikası bəhsinə aid (4,75 ç.v.) olmaqla 2 dərs vəsaiti, biri elmi-fantastik (14,25 ç.v.) və biri ədəbi-bədii (14,5 ç.v.) olmaqla 2 bədii kitabı və "Quruluş zülalları" adında (23,7 ç.v.) monoqrafiyası (rusca) çap olunub.

Kitablardan biri Yusif Şükürlünün otuz illik elmi axtarışlarını əks etdirən 23,7 çap vərəqi həcmində "Quruluş zülalları" adlı monoqrafiyadır ki, bu əsər 2006-cı ildə AMEA-nın "Elm" nəşriyyatında çapdan çıxıb.

2008-ci ildə isə AMİ-nin "Müəllim" nəşriyyatında 4,75 çap vərəqi həcmində "İşığın dispersiyası" adlı dərs vəsaiti nəşr edilmişdir. Digər kitabı insanın Yer planetində təşəkkül tapmasına həsr edilmiş və Kosmopaleokontakt nəzəriyyəsinə əsaslanan 14,25 çap vərəqi həcmində "Yetti" adlı elmı-fantastik romandır. 2004-cü ildə onun 14,5 çap vərəqi həcmində olan şeirlər, hekayələr və povestlərdən ibarət "Çəhrayı gödəkçə" adlı bədii kitabı da çap edilib. Yusif Şükürlü 11 iyun 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Ruh şad olsun!

Xəzər

“Cebheinfo.az”

Seçilən
33
1
cebheinfo.az

2Mənbələr