Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycanda qeyri-adi və diqqət çəkən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, bir sürücü şəxsi təşəbbüsü ilə yollarda yaranmış çuxurları müvəqqəti də olsa aradan qaldırmağa çalışıb. Belə ki, o, hərəkət etdiyi marşrut boyunca rast gəldiyi çuxurları görən kimi avtomobilindən düşərək həmin yerləri doldurub, daha sonra yoluna davam edib.
Görüntülərdə “Toyota” markalı, 42-CL-032 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün çuxurlara qum və sement tökdüyü müşahidə olunub. Onun bu davranışı qısa müddətdə sosial şəbəkələrdə yayılaraq istifadəçilər tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb.
Bəzi istifadəçilər sürücünün bu təşəbbüsünü təqdir edərək bunu vətəndaş məsuliyyətinin nümunəsi kimi qiymətləndiriblər. Digərləri isə qeyd ediblər ki, yol infrastrukturunun təmiri müvafiq qurumların səlahiyyətinə daxildir və bu cür problemlər sistemli şəkildə həll olunmalıdır.
Eltac Zülfüqaroğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.