Bakı. Trend:
Azərbaycanla tərəfdaşlıq insan kapitalına və həm ölkədaxilində,həm də ölkə xaricində tələb olunacaq peşəkar bacarıqlarıninkişafına mühüm investisiyadır.
Trend xəbər verir ki, bunu IE UniversitetininPrezidenti Santyoqo İnyigesa de Onsonyo İspaniyanın IE Universitetiilə Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına dairAnlaşma Memorandumunun imzalanma mərasimində çıxışındabildirib.
Onun sözlərinə görə, universitet ölkənin təhsil vasitəsilətransformasiyası üçün tərəfdaş seçilməsindən qürur duyur.
Onsonyo vurğulayıb ki, əməkdaşlığın əsas ideyası təhsilincəmiyyətin inkişafında əsas katalizator olması inamınaəsaslanır.
“Təhsil - imkanların bərabərləşdirilməsi üçün, həm gənclərin,həm də müxtəlif nəsillərin müasir dünyanın çağırışlarınahazırlanması ən yaxşı vasitədir”, - deyə o bildirib.
O həmçinin universitetin sahibkarlıq və innovasiyalara güclüyönümlü olduğunu qeyd edib və IE Universitetinin sahibkarlıqtəhsili sahəsində dünyada 4-cü yerdə olduğunu, eləcə də məzunlarınişlə təmin olunma göstəricisinə görə aparıcı universitetlərsırasında yer aldığını vurğulayıb.
Çıxışda universitetin beynəlxalq modeli də xüsusi diqqətəçatdırılıb.
Onun sözlərinə görə, IE Universitetində 160-dan çox ölkədəntələbə təhsil alır, Madrid və Nyu-Yorkda kampusları, həmçininƏr-Riyadda innovasiya və liderlik mərkəzi mövcuddur. Onsonyo qeydedib ki, Bakıda yaradılacaq yeni layihə Avropa ilə Asiyanıbirləşdirən qovşaq rolunu oynayacaq.
“Əməkdaşlıq çərçivəsində "Financial Times" tərəfindən dünyanınən yaxşı proqramlarından biri kimi tanınan "Global Online MBA"daxil olmaqla müxtəlif proqramların həyata keçirilməsiplanlaşdırılır. Bu proqram onlayn təhsili və əyani modullarıbirləşdirir və idarəetmə bacarıqlarının praktik şəkildə inkişafınaimkan yaradır. Bu, çox perspektivli yolun başlanğıcıdır. Ən yaxşısıhələ qabaqdadır”, - deyə o əlavə edib.