AZ

Agentliyin direktoru: 80-ə yaxın məktəbdə I siniflərə qəbul üzrə prioritet tətbiq ediləcək

Bakı, 28 aprel, AZƏRTAC

Gəncə-Daşkəsən, Abşeron-Xızı, Bakı şəhəri və Naxçıvanda 80-ə yaxın məktəbdə I siniflərə qəbul üzrə prioritet tətbiq ediləcək.

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, ilk növbədə həmin məktəbə yaxın yaşayan valideynlər üçün qeydiyyat aparılacaq. Növbəti mərhələdə isə digər şəxslərin həmin məktəbə qeydiyyatı aparılacaq.

Müxbir - Aysel Azadqızı
Videooperator - Mirrəsul Cəfərov

 

Seçilən
27
azertag.az

1Mənbələr