AZ

Deputat məktəbdə gördüklərindən danışdı: “Müəllimlər narazıdır” FOTOLAR

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev İmişli rayonu, Məmmədli kənd məktəbində müəllim kollektivi ilə görüş keçirib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə deputat məlumat verib: 

“Müəllimlər ziyalı təbəqədir və onları dinləmək problemləri tapmağa və həll yollarını göstərməyə kömək edir. Hərçənd ki, təəssüflə qeyd edək ki, bu gün bir çox Azərbaycan müəllimi də ciddi çətinliklərlə üz-üzə qalır.Elə mən də ümid etdiyimi vurğuladım ki, uzun çəkməz müəllim sosial problemlərinin həlli ilə yox, birbaşa şagirdlərin təhsili ilə məşğul olar. Hələ ki, o səviyyəyə çata bilməmişik və müəllimlər də tam olaraq zamanlarını təhsilə vermək istəsə də tam nail ola bilmir. 

Çünki müəllimlərin iş şəraitini, imkanlarını və əmək haqlarını artırmaq üçün müəyyən zaman tələb olunacaq. Bu yöndə iş gedir, amma yenə də zaman alacaq”.

Deputat bildirib ki, bu, 96 şagird yerlik mobil məktəbdir:

“Köhnə məktəb binası çox möhkəm və yaraşıqlı bir binadır. Kaş ki, elə o məktəb özü təmir olunardı və zənnimcə, mobil məktəbə çəkilən xərc bəs edə bilərdi. Hər halda nazirlik yəqin ki, hesablayıb və qərara hörmətlə yanaşırıq. 

Sadəcə, müəllim kollektivi narazıdır. Səbəb müəllimlər otağının çox balaca olması və müəllimlər üçün iş şəraitinin nəzərə alınmamasıdır. Özüm də müəllimlər otağında oldum və maksimum 5 nəfərin işləməsinə şərait var. 

Məncə, mobil məktəblərin də tikintisində müəyən minimum standartlar nəzərə alınmalıdır. Məktəb kollektivi ilə səmimi söhbətimiz oldu və onlarla görüş uzun müddət xatirimdə qalacaq”.

Xəzər

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr