AZ

ADR süqut etməsəydi Azərbaycan bu gün necə olardı?

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Azərbaycan Demokratik Respublikasının (ADR) süqutunun 106-cı ildönümüdür.

“ADR süqut etməsəydi, bu gün necə bir Azərbaycan görərdik?” sualı tez-tez müzakirə olunur.

Gununsesi.info-ya danışan siyasi şərhçi Turan Rzayev qeyd edir ki, belə bir ssenaridə Azərbaycan müəyyən mənada Türkiyəyə bənzər bir inkişaf yolu keçə bilərdi.

Onun sözlərinə görə, Türkiyədən fərqli olaraq ADR-in qurucu elitası əsasən zadəgan təbəqədən və Avropada təhsil almış mülki şəxslərdən ibarət idi.

Bu isə gələcəkdə hərbi çevrilişlərin daha az baş verməsi ilə nəticələnə, parlamentli respublika modelinin isə daha möhkəm şəkildə formalaşmasına şərait yarada bilərdi.

Rzayev hesab edir ki, təhsil və maarifləndirmə yenə də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olardı. Bununla yanaşı, SSRİ hakimiyyəti dövründə olduğu kimi ateizm təbliğatı geniş yayılmayacağından, dini institutlar və cərəyanlar cəmiyyətdə daha güclü mövqe tuta bilərdi.

Bu isə uzunmüddətli perspektivdə siyasi islamın yüksəlişi ehtimalını da gündəmə gətirə bilərdi.

Bəs geosiyasi baxımından necə olardı?

Geosiyasi baxımdan isə politoloq vurğulayır ki, ADR-in uzun müddət neytral qalması çətin olardı.

Onun fikrincə, Azərbaycan böyük ehtimalla Qərb blokuna inteqrasiya edərək NATO üzvü ola bilərdi. Bu isə ölkədə ABŞ təsirinin artmasına və hətta xarici hərbi bazaların yerləşdirilməsi kimi ssenarilərə yol aça bilərdi. Belə bir inkişaf xətti Azərbaycanı Soyuq müharibənin aktiv iştirakçısına çevirə bilərdi.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
icma.az

1Mənbələr