AZ

GDU da ədliyyə sahəsində işləmək istəyən gənclər məlumatlandırılıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə, 28 aprel, AZƏRTAC

Gəncə Dövlət Universitetində (GDU) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin nümayəndələri tələbələrlə maarifləndirici görüş keçirib.

AZƏRTC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək belə maarifləndirici görüşlərin tələbələr üçün əhəmiyyətindən danışıb.

Görüşdə Ədliyyə Nazirliyinin nümayəndələri gənclərə ədliyyə orqanlarında qulluğa qəbul qaydaları, karyera imkanları, peşə perspektivləri və könüllülük fəaliyyəti barədə ətraflı məlumat veriblər. Çıxış edənlər icra məmuru vəzifələri üzrə hüquq təhsili tələbinin ləğvi ilə bağlı tətbiq edilən yeniliklərdən söhbət açıblar. Diqqətə çatdırılıb ki, bu dəyişikliklər bütün ixtisaslar üzrə ali təhsilli məzunların ədliyyə orqanlarında fəaliyyət imkanlarını artırır.

Çıxışlarda könüllülük və təcrübə proqramlarının üstünlükləri, bu proqramların gənclərin peşəkar inkişafında rolu qeyd olunub. Tələbələrin erkən mərhələdə praktiki bilik və bacarıqlar əldə etmələrinin əhəmiyyəti vurğulanıb.

Sonda suallar cavablandırılıb.

Müxbir - Elcan Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
azertag.az

1Mənbələr