AZ

Dəhşətli QƏTL: Türkiyədə öldürülən azərbaycanlı qadının FOTOSU

Türkiyədə azərbaycanlı qadın və yerli sakin olan kişinin güllələnmiş meyiti tapılıb.

Musavat.com xəbər verir ki, İğdırın Bağlar məhəlləsində yaşayan sakinlər bir evdən silah səsləri eşidiblər və hadisə barədə dərhal təcili yardıma, o cümlədən polisə məlumat veriblər.

Hadisə yerinə gələn polis və tibbi qruplar Azərbaycan vətəndaşı Maisə Bayramova və Türkiyə vətəndaşı Əli Mamakın güllə yaralarından öldüyünü aşkar ediblər.

Hadisə yerində aparılan araşdırmadan sonra cəsədlər Nevruz Eren Dövlət Xəstəxanasının morquna aparılıb.

Mamakın qadını silahla öldürdüyü və daha sonra intihar etdiyi ehtimal olunur.

Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr