AZ

Qırğızıstan Çinlə sərhədi müvəqqəti bağlayır

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Qırğızıstan-Çin sərhədinin müəyyən hissələrində yerləşən keçid məntəqələrinin işi müvəqqəti məhdudlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər Çində Əmək Günü ilə bağlı bayram tədbirləri səbəbindən tətbiq olunur.

Qərara əsasən, 30 aprel tarixindən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin keçidi dayandırılacaq. Keçid məntəqələrinin fəaliyyəti 2 may tarixində saat 08:00-da bərpa olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
1
axar.az

2Mənbələr