AZ

Dünya çempionunun xanımı azərbaycanlı dizaynerin tədbirində hər kəsi heyran etdi

Dünya çempionu, boksçu Aleksandr Usikin həyat yoldaşı Yekaterina Usik Kiyevdə keçirilən moda tədbiri zamanı diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, o, azərbaycanlı dizayner Elvira Həsənovanın təşkil etdiyi "GASANOVA" brendinin “The Ball of the Light” adlı nümayişində iştirak edib.

Tədbir üçün Yekaterina dərin dekolteli, bədənə oturan axşam libası və parlaq elementlərlə bəzədilmiş şəffaf örtük seçib.

Onun obrazını səliqəli şəkildə yığılmış saç düzümü və ümumi estetikanı vurğulayan sadə makiyaj tamamlayıb. Çəkiliş mərmər divarlar və heykəllərlə bəzədilmiş interyerdə aparılıb ki, bu da fotolara xüsusi üslub və ab-hava qatıb.

Paylaşım qısa müddətdə sosial şəbəkələrdə böyük diqqət çəkib və istifadəçilər Yekaterinanın obrazını fəal şəkildə müzakirə ediblər.

Seçilən
49
publika.az

1Mənbələr