AZ

Tramp İran məsələsində “məyus, lakin realist” mövqedədir Axios

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın İranla bağlı danışıqlar prosesində məyus olduğu, lakin mövqeyini real vəziyyətə uyğun saxladığı bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Axios” nəşri bir müşavirəyə istinadən məlumat yayıb.

Məlumata görə, Trampın yaxın müşavirlərindən biri onun İran məsələsində “məyus, lakin realist” mövqedə olduğunu bildirib. Həmin məsləhətçi qeyd edib ki, danışıqlar hələ də nəticəsiz qalır.

Bildirilib ki, Tramp yaxın çevrəsində “İran liderlərinin başa düşdüyü yeganə şey bombalardır” ifadəsini işlədib. Lakin onun güc tətbiqinə tələsmədiyi, eyni zamanda tələblərindən geri çəkilmədiyi vurğulanıb.

Hesabatda ABŞ rəsmilərinə istinadla qeyd olunub ki, Vaşinqtonun nə açıq müharibə, nə də razılaşma ilə nəticələnməyən “dondurulmuş münaqişə” vəziyyətinə sürüklənməsi ehtimalı ilə bağlı narahatlıqlar mövcuddur.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
redaktor.az

2Mənbələr