Bu ilin yanvar-mart aylarında Azərbaycanda sığorta şirkətinin yığımlarının həcmi 417 milyon 753 min manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,7% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 218 milyon 456 min manat təşkil edib. Bu göstərici isə illik müqayisədə 33,1% çoxdur.