AZ

Azərbaycan səfiri Qaluzin ilə cari məsələləri müzakirə edib

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.

APA-nın Moskva bürosu xəbər verir ki, görüşdə Bakı ilə Moskva arasındakı münasibətlər müzakirə olunub.

Görüş aprelin 28-də Moskvada baş tutub.

"Görüşdə ikitərəfli münasibətlərdə bir sıra cari məsələlər müzakirə olunub", - Rusiya XİN-nin məlumatında qeyd olunub.

Seçilən
17
6
apa.az

7Mənbələr