Yunanıstanın paytaxtı Afinada silahlı hücumlarda 5 nəfər yaralanıb.
Hadisənin şübhəlisi olaraq müəyyən edilən 89 yaşlı şəxsin axtarışda olduğu bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Yunanıstan dövlət televiziyasının xəbərinə görə, paytaxt Afinada bu gün bir sıra silahlı hücumlar baş verib. Şəhərin müxtəlif nöqtələrində həyata keçirildiyi qeyd edilən hücumlarda ümumilikdə 5 nəfərin yaralandığı qeyd olunub.
Yunanıstan polisinin hadisə yerlərində təhlükəsizlik tədbirləri gördüyü və hücumların şübhəlisi olduğu təsbit edilən 89 yaşlı kişinin yaxalanması üçün axtarış işlərinin davam etdiyi bildirilib.