AZ

Türkiyədən İsrail Prezidentinə qadağa Hersoqa rədd cavabı verilib

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Xəbər verildiyi kimi, İsrail Prezidenti İsaak Hersoq dünən Qazaxıstana səfər edib. Lakin onun Qazaxıstana Türkiyə hava məkanından istifadə etməklə uçmasına icazə verilməyib. 

“AzPolitika” xəbər verir ki, İsrailin 12-ci kanalının məlumatına görə, Hersoqun təyyarəsi Türkiyənin hava məkanını açmaqdan imtina etməsi səbəbindən Qazaxıstana gedən marşrutunu uzatmaq məcburiyyətində qalıb.

Ankaranın hava məkanına girişi rədd etməsindən sonra onun təyyarəsi Avropa və Rusiya üzərindən uçmaq məcburiyyətində qalıb.

Qeyd olunur ki, Türkiyə səması rəsmi İsrail nümayəndə heyətləri üçün bağlıdır. İsrail aviaşirkətlərinə Türkiyə hava məkanından yalnız tranzit uçuşlar üçün istifadə etməyə icazə verilir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
80
azpolitika.info

1Mənbələr