AZ

Balıq yağının təhlükəsi AŞKARLANDI

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin Cənubi Kaliforniya Universitetinin Tibb Mərkəzinin alimləri balıq yağı əlavələrinin kəllə-beyin travmalarından sonra beynin bərpasını ləngidə biləcəyini müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Cell Reports" jurnalında dərc olunub.

Tədqiqatda diqqət mərkəzində omeqa-3 yağ turşuları olub. Bu maddələr ürək-damar sistemi, göz tor qişası və sinir sistemi üçün faydalı hesab olunur. Eyni zamanda onların iltihabəleyhinə təsiri də var.

Alimlər müəyyən ediblər ki, balıq yağında olan əsas turşulardan biri – eykozapentaen turşusu zədələnmiş beyində bərpa proseslərini poza bilər. Digər omeqa-3 turşusu olan dokozaheksaen turşusundan fərqli olaraq, bu maddə beyin toxumalarına daha zəif uyğunlaşır və damarların fəaliyyətinə təsir göstərir.

Siçanlar üzərində aparılan təcrübələrdə uzun müddət balıq yağı qəbulunun təkrarlanan yüngül baş travmalarından sonra idrak funksiyalarını pisləşdirdiyi müşahidə olunub. Heyvanlarda öyrənmə qabiliyyəti zəifləyib, beyin toxumalarında isə neyrodegenerativ proseslərin göstəricisi sayılan tau zülalı toplanıb.

İnsan beyni damar hüceyrələri üzərində aparılan əlavə sınaqlar da bu nəticələri təsdiqləyib.

Tədqiqat müəllifləri vurğulayıblar ki, omeqa-3 turşuları ümumilikdə zərərli deyil, lakin onların təsiri orqanizmin vəziyyətindən asılı olaraq dəyişə bilər. Xüsusilə beyin travmasından sonrakı bərpa dövründə bu əlavələr gözlənilən effektin əksinə nəticə verə bilər.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
1
redaktor.az

2Mənbələr