
Birləşmiş Ərəb Əmirlikləri 1 may tarixindən etibarən OPEC və OPEC+ təşkilatlarından çıxır.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, OPEC üzvləri bir müddətdir ki, istehsal kvotaları ilə bağlı problemlər yaşayırlar.
Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri bildirib ki, OPEC-dən çıxmaq qərarı diqqətlə nəzərdən keçirildikdən sonra verilib. Nazir əlavə edib ki, bu qərar neft hasilatında daha çox elastiklik təmin edəcək.
"Qlobal enerji tələbatının qarşıdakı dövrdə artacağını gözləyirik",-nazir bildirib.
Qərar Hörmüz boğazının bağlı qaldığı bir dövrdə verilib.
İlahə Qənbərli
Missiya.Az