AZ

Türkiyə və Ermənistan Qars Gümrü dəmir yolunun bərpasını müzakirə etdi FOTO

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Türkiyənin Qars şəhərində Türkiyə-Ermənistan birgə işçi qrupunun iclası keçirilib.Bizim.Media xəbər verir ki, bu barədə TRT Haber Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.Bildirilib ki, görüş 2026-cı il aprelin 28-də Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində baş tutub.İclas Qars-Gümrü dəmir yolunun bərpası və istismara verilməsi məqsədilə yaradılmış birgə işçi qrupunun fəaliyyəti çərçivəsində keçirilib.Türkiyə XİN-in məlumatında qeyd olunub ki, tərəflər regional nəqliyyat əlaqələrinin inkişafı kontekstində Qars-Gümrü dəmir yolunun fəaliyyətinin mümkün qədər tez bərpa edilməsinin vacibliyini vurğulayıblar.Qeyd edək ki, Qars-Gümrü dəmir yolu Türkiyə ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası baxımından mühüm marşrut hesab olunur.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
bizim.media

2Mənbələr