TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, Aprelin 25-i saat 11:00 radələrində 2025-ci il təvəllüdlü körpə (Kişi cinsli) təcili tibbi yardım briqadası tərəfindən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə hospitalizasiya olunub: “Körpəyə qoturluq diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Müalicəsi 2-ci Dermatoveneroloji şöbəsində davam etdirilib.
Aprelin 26-sı saat 16:30 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Baş vermiş hadisə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində şəxslərə göstərilən tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə Komissiyası tərəfindən araşdırılır”.
***
Bakıda bir yaşlı körpə ölüb.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, Binəqədi rayon ərazisində aprelin 26-da 2025-ci il təvəllüdlü Ağahüseyn Elşən oğlu Əliyev müayinəyə aparıldığı xəstəxanada ölüb.
Körpənin pnevmaniyadan öldüyü bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.