Gürcüstan parlamenti Dövlət Təhlükəsizlik Xidmətinin (SSX) rəhbəri vəzifəsinə yeni təyinatı təsdiqləyib.
"Report" un yerli bürosu xəbər verir ki, plenar iclasda keçirilən səsvermə nəticəsində Geka Geladze Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri seçilib.
Məlumata görə, Geladzenin namizədliyini 85 deputat dəstəkləyib, 12 nəfər isə əleyhinə səs verib.
Qeyd olunub ki, səsvermədən əvvəl namizəd parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin qapalı iclasında dinlənilib.
Bildirilib ki, parlament Geka Geladzeni bu vəzifəyə 6 il müddətinə təsdiqləyib.