AZ

Dünyanın ən böyük pazlını yığdı – Fotolar


ABŞ-nin Kolorado ştatının sakini Lu Salas dünyanın ən böyük pazlını yığıb.
Yeniavaz.com
KRDO telekanalına istinadla xəbər verir ki, 60 000 parçanı yığmaq üçün ona 4 il və 800 saatdan çox vaxt lazım olub.
Telekanalın məlumatına görə, dünyanın ən böyük pazlı “Dowdle Puzzles & Art Gallery” tərəfindən hazırlanıb.
Tapmaca hər biri 1000 ədəddən ibarət 60 qutuda gəlib.
Salas deyir ki, ona bu işdə səkkiz yaşlı nəvəsi kömək edib.
Dünyanın yeddi qitəsini və yüzlərlə möcüzəsini təsvir edən pazl, demək olar ki, onun üç maşınlıq bütün qarajını tutub.

Seçilən
39
yeniavaz.com

1Mənbələr