Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmasına dair qərar qəbul edilməsi üçün münasib vaxt gəlib çatıb.
"Far.Az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu BƏƏ-nin energetika naziri Süheyl Əl Mazrui bildirib.
"BƏƏ Hörmüz boğazındakı məhdudiyyətlər sayəsində bazara əhəmiyyətli təsir göstərmədən bu addımı münasib vaxtda atır. Bu, BƏƏ-nin uzunmüddətli strateji və iqtisadi konsepsiyasına əsaslanan suveren milli qərarıdır. BƏƏ OPEC-dən çıxmaq qərarını qəbul edərkən heç kəslə birbaşa məsləhətləşməyib", - o deyib.