AZ

Ev heyvanı saxlamaq: Həvəs, yoxsa məsuliyyət?

Son illərdə ev heyvanı saxlayanların sayı xeyli artıb. 

Xüsusilə tək yaşayan insanlar pişik, it və digər heyvanlara daha çox üstünlük verir.Bir çoxları üçün ev heyvanı sadəcə heyvan deyil, həm dost, həm də yoldaşdır. Onlar insanların tənhalığını azaldır, evə canlılıq gətirir və psixoloji rahatlıq yaradır.

"Cebheinfo.az" xəbər verir ki, amma ev heyvanı saxlamaq yalnız sevgi ilə bitmir. Bu, böyük məsuliyyət tələb edir. 

Heyvanın hər gün qidalandırılması, vaxtında peyvənd olunması, baytar müayinəsindən keçirilməsi, təmizliyinə və sağlamlığına diqqət yetirilməsi vacibdir.

Bəzi insanlar isə bu məsuliyyəti nəzərə almadan ev heyvanı götürür. Sosial şəbəkələrdə gördüyü üçün, dost-tanışdan həvəsləndiyi üçün və ya sadəcə dəb xatirinə heyvan sahiblənənlər də az deyil. 

Nəticədə bir müddət sonra həmin heyvanlara maraq azalır, onlar baxımsız qalır, bəzən isə küçəyə atılır.Ev heyvanı saxlamaq istəyən şəxs əvvəlcə öz imkanlarını düzgün qiymətləndirməlidir. Çünki bu, bir günlük həvəs deyil, uzunmüddətli öhdəlikdir.

Bu səbəbdən də ev heyvanı saxlamaq trend kimi görünsə də, əslində bu məsələ ilk növbədə məsuliyyət və hazır olmaq məsələsidir.

Seçilən
41
1
cebheinfo.az

2Mənbələr