AZ

“İran Hörmüz boğazının tez açılmasını istəyir” - Tramp

ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə öz “Truth Social” hesabında paylaşım edib.

O bildirib ki, İran tərəfi ABŞ-yə müraciət edərək Hörmüz boğazının mümkün qədər tez açılmasını istəyib. Trampın sözlərinə görə, Tehran hazırda “çökmə vəziyyətində” olduqlarını bildirib və ölkə daxilində rəhbərlik məsələsini həll etməyə çalışır.

ABŞ Prezidenti qeyd edib ki, İranın bu vəziyyətdən çıxacağına inanır.

 

Seçilən
41
redaktor.az

1Mənbələr