Bakı. Trend:
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrininhərəkətinin növbəti monitorinqi həyata keçiriləcək
Bu barədə Trend-ə WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumatverilib.
Bildirilib ki, 17–22 may 2026-cı il tarixlərində Bakıdakeçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası(WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəliidarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan ƏməliyyatŞirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyatvasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.Monitorinq çərçivəsində mayın 1-də saat 10:00–16:00 aralığında Bakışəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətiüzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.
Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismənHeydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseynküçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyevaküçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı OlimpiyaStadionu istiqamətlərini əhatə edəcək.
Bildirilib ki, sürücülərdən və digər yol hərəkətiiştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədənplanlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığınəzərə almaları və alternativ yollardan istifadə etmələri xahişolunur.
Vurğulanıb ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhərmərkəzi arasında hərəkət edən H1 ekspress avtobus marşrutufəaliyyətini normal və fasiləsiz şəkildə davam etdirəcək. Eynizamanda, bu müddət ərzində fərdi nəqliyyat vasitələri və taksilərhava limanı ərazisinə alternativ yollar vasitəsi ilə sərbəst daxilola və çıxa biləcəklər. Gecikmələrin qarşısını almaq məqsədiləsəfərlərin öncədən planlaşdırılması tövsiyə olunur.
WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətininmonitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıraqlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurlahəyata keçirilib.