AZ

OPEC dağılır: Birləşmiş Ərəb Əmirlikləri qurumu tərk etdi – Nə baş verir?

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC və OPEC+ tərkibindən çıxmaq barədə qərar qəbul edib. Ancaq bu addımın hansı səbəbdən atıldığı barədə hələlik rəsmi məlumat yoxdur.

Xatırladaq ki, bundan bir qədər əvvəl OPEC+ 8 ölkəsi gündəlik neft hasilatını artırmaq barədə razılığa gəliblər. May ayında hasilat gündəlik 206 min barrelə qədər yüksəldilməlidir.

Liberal İqtisadçılar Mərkizinin rəhbəri Akif Nəsirli Bakupost.az-a bildirib ki, BƏƏ-nin bu addımı yeni dünya düzəninin formalaşması ilə bağlıdır:

“Hazırda dünya düzəninin ümumi dizaynı dəyişmək ərəfəsindədir. Mövcud vəziyyətdə BƏƏ, Səudiyyə Ərəbistanı kimi iri neft ölkələri hesab edir ki, mövcud təhlükəsizlik arxitekturası çökdüyündən, neft ixracatçıları səviyyəsində də əvvəlki əməkdaşlıq alınmayacaq”.

Ekspert qeyd edir ki, hazırda OPEC neft ixrac edən ölkələrin fəaliyyətini tənzimləyə bilmir:

“Onların fəaliyyəti “topal ördək” effekti verir. Ona görə də bu ölkələr yeni bir əməkdaşlıq platforması barədə düşünməyə başlayıb. Yəni bu ölkələr yeni düzəndə artıq başqa neft ixracatçıları platformasının yaradılmasına çalışırlar. Bəlkə də bu platforma bir deyil, bir neçə platformadan ibarət olacaq”.

Ekspertin sözlərinə görə, yeni əməkdaşlıq platforması yalnız neft ixracatı fəaliyyəti üzərində qurulmayacaq. Onlar eyni zamanda, geosiyasi dalğalanmalar, geosiyasi inkişaf əsasında formalaşacaq:

“Dünya artıq belə bir dəyişikliyə hazırdır. BƏƏ, Səudiyyə Ərəbistanı və ABŞ-nin OPEC-i tərk etməsilə bu platforma dağılacaq”.

Seçilən
19
turkustan.az

1Mənbələr