AZ

Əqli mülkiyyət hüququ olan mal reyestrdən çıxarıldıqda gömrük pulu geri qaytarılmayacaq

Bakı. Trend:

Müvafiq icra hakimiyyəti orqanı tərkibində əqli mülkiyyəthüquqlarının obyektləri olan mallara dair reyestrə daxil edilməsiüçün təqdim edilmiş məlumatların düzgünlüyünün yoxlanılmasıməqsədilə digər səlahiyyətli dövlət orqanları (qurumları) iləməlumat mübadiləsini həyata keçirəcək.

Trend-inməlumatına görə, bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenariclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklikedilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, əqli mülkiyyət hüquqlarının qorunması vətərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dairməlumatların reyestrə daxil edilməsi, həmçinin əqli mülkiyyəthüquqlarının qorunması müddətinin uzadılması barədə müraciətedilərkən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi məbləğdə gömrük yığımı ödəniləcək.

Eyni zamanda, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləriolan mallara dair məlumatlar reyestrdən çıxarılarkən ödənilmişgömrük yığımı qaytarılmayacaq.

Seçilən
54
10
az.trend.az

10Mənbələr