AZ

“İran bizdən kömək istəyib” – Trampdan yeni açıqlama

ABŞ prezidenti Donald Trump İranla bağlı yeni və diqqətçəkən açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, Tramp özünün Truth Social hesabında paylaşım edərək İranın “çökmə vəziyyətində” olduğunu iddia edib.

Onun yazdığına görə, Tehran ABŞ-a müraciət edərək Hörmuz boğazının mümkün qədər tez açılmasını istəyib: “İran indicə bizə bildirdi ki, onlar çökmə vəziyyətindədir. Onlar istəyirlər ki, biz Hörmuz boğazını mümkün qədər tez açaq, çünki rəhbərliklə bağlı vəziyyəti həll etməyə çalışırlar. Məncə, buna nail olacaqlar! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Trampın bu açıqlaması hələlik rəsmi Tehran və ya beynəlxalq qurumlar tərəfindən təsdiqlənməyib. İran tərəfi bu iddialarla bağlı rəsmi mövqe bildirməyib.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr