AZ

Reuters: BƏƏ-nin OPEK-dən çıxması Tramp üçün qələbə ola bilər...

Qərar neft ixracatçıları qrupuna ciddi zərbə vura və təşkilatın mövqeyini zəiflədə bilər...

Birləşmiş Ərəb Əmirliklərinin OPEK-dən çıxmaq qərarı ABŞ Prezidenti Donald Tramp üçün siyasi qələbə kimi qiymətləndirilir.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Bildirilir ki, Tramp daha əvvəl OPEK-i neft qiymətlərini süni şəkildə artırmaqla “dünyanın qalan hissəsini aldatmaqda” ittiham etmişdi.

Agentlik qeyd edir ki, BƏƏ-nin bu addımı neft ixrac edən ölkələr qrupuna ciddi zərbə ola bilər. Belə bir qərarın OPEK daxilində nizamsızlığa səbəb olacağı və təşkilatın təsir imkanlarını zəiflədə biləcəyi bildirilir.

BƏƏ-nin energetika naziri Süheyl əl-Məzrui isə Reuters-in Əmirliklərin bu məsələni Səudiyyə Ərəbistanı ilə məsləhətləşib-məsləhətləşmədiyi barədə sualına cavabında bildirib ki, məsələ heç bir başqa ölkə ilə müzakirə olunmayıb.

Poliqon.info

Seçilən
52
poliqon.info

1Mənbələr