AZ

Azərbaycan və BƏƏ arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BayramovQəbələ şəhərində Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri SaeedBin Mubarak Al Hajerinin başçılıq etdiyi nümayəndə heyəti iləgörüşüb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə BƏƏ arasında mövcuddostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafperspektivləri geniş müzakirə olunub.

Tərəflər siyasi dialoqun yüksək səviyyəsini məmnunluqla qeydedərək, iqtisadiyyat, ticarət, investisiyalar, enerji (o cümlədənbərpa olunan enerji), nəqliyyat və logistika, yüksəktexnologiyalar, təhsil və s. sahələrdə əməkdaşlığıngenişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Ceyhun Bayramov Azərbaycan Respublikasının əlverişli investisiyamühiti və regionda həyata keçirilən iri infrastruktur layihələribarədə ətraflı məlumat verib, BƏƏ şirkətlərinin ölkəmizdə həyatakeçirilən layihələrdə iştirakının əhəmiyyətini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional vəbeynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflərbeynəlxalq platformalarda əməkdaşlığın daha damöhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan
Azərbaycan
Seçilən
63
18
az.trend.az

10Mənbələr