OIaylar.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Andrey Belousov aprelin 28-də Bişkekdə ŞƏT ölkələrinin hərbi idarə rəhbərlərinin görüşündə bildirib.
Onun sözlərinə görə, aprelin 15-də media Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya hücum dronları və onların komponentlərini istehsal edən və təchiz edən Avropa şirkətlərinin siyahısını dərc edib.
"Bu cür hərəkətlər bütün Avropa qitəsində hərbi-siyasi vəziyyətin kəskin şəkildə pisləşməsinə və gözlənilməz nəticələrə səbəb ola bilər", - deyə Rusiya müdafiə naziri bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31