AZ

Çin may ayından yanacaq ixracını bərpaEDİR

Çin may ayından etibarən benzin, dizel və aviasiya yanacağının ixracını bərpa edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ölkənin iri dövlət neft şirkətləri artıq yanacaq ixracı üçün icazələrin alınması məqsədilə müraciət ediblər. Dövlət neft şirkətinin əməkdaşlarından birinin sözlərinə görə, Çin rəhbərliyi daxili yanacaq tələbatının sabit olduğunu hesab edir və bu səbəbdən ölkə ixracı yenidən başladır.

Pekin əsasən, hazırda ehtiyatları təhlükəli dərəcədə aşağı səviyyədə olan Asiya dövlətlərinə aviasiya yanacağı tədarük etməyi planlaşdırır. Bundan əlavə, Çin həmin ölkələrə müəyyən həcmdə benzin və dizel yanacağı göndərmək niyyətindədir.

Qeyd edək ki, Çin hakimiyyəti daxili bazarı qorumaq məqsədilə Yaxın Şərqdəki hərbi münaqişənin əvvəlində yanacaq ixracına qadağa qoymuşdu.

Xədicə BAXIŞLI

Seçilən
75
3
redaktor.az

3Mənbələr