AZ

"İran çöküş vəziyyətindədir -Tramp

ABŞ Prezidenti Donald Tramp Tehranın təqdim etdiyi son planlardan narazı qalıb.

Redaktor.az xəbər verir ki, o, İran tərəfi ABŞ-ni ölkənin "çöküş vəziyyətində" olduğu və rəhbərliklə bağlı vəziyyəti müəyyənləşdirməyə çalışdıqları barədə məlumatlandırıb.

İranın iki aydır davam edən müharibəni həll etmək üçün irəli sürdüyü ən son təklif, münaqişə başa çatana və gəmiçiliklə bağlı mübahisələr həll olunana qədər nüvə proqramı ətrafındakı müzakirələri kənara qoymağı nəzərdə tutur.

Trampın bazar ertəsi müşavirləri ilə keçirdiyi görüş barədə məlumatı olan ABŞ rəsmisinin bildirdiyinə görə, prezident nüvə məsələlərinin lap əvvəldən həll olunmasını istəyir.

Tramp "Truth Social" platformasındakı paylaşımında qeyd edib:

"İran indicə bizə "Çöküş Vəziyyətində" olduqlarını bildirdi. Onlar rəhbərliklə bağlı vəziyyəti aydınlaşdırmağa çalışarkən (buna nail olacaqlarına inanıram!), bizdən 'Hürmüz boğazını' mümkün qədər tez açmağımızı istəyirlər. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm!".

Onun paylaşımından İranın bu mesajı hansı yolla çatdırdığı bəlli olmayıb. Tehran tərəfi Trampın bu son şərhlərinə hələlik rəsmi reaksiya verməyib.

Xədicə BAXIŞLI

Seçilən
109
redaktor.az

1Mənbələr