AZ

Azərbaycanda birinci sinfə qəbulla bağlı yenilik edilib

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsilmüəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digərdildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədrisdili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.

Trend-in əldəetdiyi məlumata görə, qaydalarda I sinfə qəbul üzrə müsahibəninhansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb.

Belə ki, I sinfə qəbul üzrə müsahibə zamanı uşağın tədrisdilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasındaqiymətləndiriləcək:

  • dinləyib-anlama bacarığı

Uşaq sadə tapşırıqları dinləyib yerinə yetirməli, qısa (3-5cümlədən ibarət) mətni dinləməli və suallara cavab verməli, sualıdiqqətlə dinləyib uyğun cavab verməlidir.

  • rabitəli danışma bacarığı

Uşaq özünü təqdim etməli, ailəsi və vətəni haqqında danışmalı,şəkil əsasında sadə cümlə qurmalıdır.

  • söz ehtiyatı

Uşaq əşyaların adlarını düzgün adlandırmalı, heyvan, bitki,meyvə-tərəvəz, peşə adları kimi ümumi anlayışları tanımalı,xüsusiyyət bildirən sözlərdən istifadə etməli (rəngləriadlandırmalı, ölçü və keyfiyyət bildirən sözləri bilməli), ətrafaləmdə baş verən hadisələri, təbiətdəki mövsümi dəyişiklikləritəsvir etməlidir.

  • hərf və səsləri anlama və tələffüzetmə

Uşaq səslərdən söz düzəltməli, hərfi formasına görə tanımalı(böyük və kiçik), danışıqda eşitdiyi səsi müvafiq hərfləəlaqələndirməli, sözləri aydın tələffüz etməlidir.

Qeyd edək ki, Komissiya üzvlərinin verdiyi ümumi ballartoplanılır və komissiya üzvlərinin sayına bölünərək yekun balmüəyyən edilir. Müsahibədən 12 və daha çox bal toplamış şagirdmüsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibəninnəticəsi onun keçirildiyi tarixdən 5 iş günü müddətində elektronkabinetə göndərilir.

Seçilən
81
14
az.trend.az

10Mənbələr