AZ

Britaniya parlamenti Starmerə qarşı araşdırma aparılmasından imtina etdi

Britaniya parlamenti Starmerə qarşı araşdırma aparılmasından imtina etdi

Böyük Britaniya parlamentinin İcmalar Palatası Baş nazir Kir Starmerə qarşı Piter Mandelsonun ABŞ-a səfir təyin edilməsi ilə bağlı araşdırma başlanılması təklifini rədd edib.

Müxalif Mühafizəkarlar Partiyasının irəli sürdüyü təşəbbüsün əleyhinə 335, lehinə isə 223 deputat səs verib.

Xatırladaq ki, müxalifət Starmeri parlamentə yalan məlumat verməkdə ittiham edirdi. İddialara görə, vaxtilə Ceffri Epşteynlə dostluq etmiş Mandelsonun namizədliyinin təsdiqlənməsi üçün diplomatik xidmətə siyasi təzyiqlər göstərilib.

Hakim Leyboristlər Partiyası isə bu ittihamları gələn həftə keçiriləcək yerli seçkilər ərəfəsində "siyasi şou" adlandırıb. Qeyd edək ki, səsvermə zamanı 15 leyborist deputatın partiya rəhbərliyinin əleyhinə çıxaraq müxalifətin təklifini dəstəkləməsi diqqət çəkib.

Seçilən
74
afn.az

1Mənbələr