AZ

Tedeskonun istefadan sonra ilk sözləri bəlli oldu

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Məlum olduğu kimi derbidəki ağır məğlubiyyətin ardından ''Fənərbaxça'' Domeniko Tedesko ilə yollarını ayırmaq qərarına gəldi. "Football-plus.az" xəbər verir ki, bu arada 40 yaşlı mütəxəssisin istefaya göndərilməsinin ardından ilk sözləri bəlli olub. Almaniyanın xəbər portalı ''dpa''ya acıqlamalar verən Tedesko bunları deyib:

''Əslində erkən bir müqaviləni yeniləmək ehtimalı var idi. Ancaq bu mövsüm Türkiyə çempionatında aldığımız cəmi 2-ci məğlubiyyətdən sonra yollarımız ayrıldı. Bu olay futbolun nə qədər sürətlə dəyişən bir idman növünə çevrildiyini bir daha göstərir. Mən bu vəzifəyə gələrkən hədəfimiz birlikdə yola davam edəcək bir sistem oturtmaq idi. Yəni işləri keçmişdəkindən bir qədər fərqli şəkildə davam etdirmək istədik. Ona görə də vəziyyətin bu həddə çatması üzücüdü''.

''Fənər'' Tedesko ilə orta hesabla hər oyuna 2 xal toplayırdı. İstanbul nəhənginin son 4 məşqçisinin əslində göstəriciləri pis deyil. Tedeskodan öncə Joze Mourinyo orta hesabla hər oyuna 2,02, Jorje Jezuş 2,23, İsmayıl Kartal 2,4 xal topladı. Amma onlar əsas hədəfə çata bilmədiyindən hər biri ilə yollar ayrıldı. İddialara inansaq, ''sarı-lacivərdlilər'' Tedeskoya 500 min avro təzminat ödəyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
icma.az

2Mənbələr