AZ

Erməni idmançı: Siz necə Türksünüz? Öz əfsanənizi tanımırsınız?

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

UFC ulduzu Arman Tsarukyan ilə türkiyəli gənclər arasında baş tutan küçə söhbəti sosial mediada geniş marağa səbəb olub.

Fanat.Az xəbər verir ki, görüntülərdə idmançı ilə gənclər arasında maraqlı bir idman polemikası yaşanıb.

Videoda əks olunan dialoq olduğu kimi belədir:

• Arman: "Türkiyədən Taha Akgül var. Olimpiya çempionu. Güləş əfsanəsi. Tanıyırsınız?"

• Türk azarkeşləri: "O kimdir? Döyüşçü?"

• Arman: "Siz necə Türksünüz? Öz əfsanənizi tanımırsınız? Məşhur güləşçidir. Şəkilləri var, baxa bilərsiniz. Qardaşım, bu adam əfsanədir".

• Türk azarkeşləri: "Tanımadıq. Güləşi o qədər də izləməmişik".

Qeyd edək ki, Türkiyənin güləş əfsanəsi Taha Akgül bu sözlərinə görə şəxsi "Instagram" səhifəsində Armana təşəkkür edib. Tsarukyan isə həmin təşəkkürü öz səhifəsində paylaşıb və hər iki idmançı bir-birini izləməyə başlayıb.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
fanat.az

2Mənbələr