AZ

ABŞ blokadanın başlanğıcından bəri İranla əlaqəli 39 gəmini saxlayıb

BAKI, 29 aprel. TELEQRAF

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və helikopterləri dəniz blokadasının başlanğıcından bəri İranla əlaqəli 39 ticarət gəmisini saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı məlumat yayıb.

“Blokadaya riayət olunmasını təmin etmək məqsədilə 39 gəmi tərəfimizdən saxlanılıb”, - deyə məlumatda qeyd edilib.

Seçilən
75
7
teleqraf.com

8Mənbələr