ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gündəlik vərdişləriniz fərqində olmadan sizi ağır xəstəliyə doğru sürükləyə bilər. Amerikalı həkim xərçəngə yol açan ən təhlükəli üç amili açıqlayıb.Demokrat.az xəbər verir ki, onkoloq Vişvdip Dillon xərçəng riskini minimuma endirmək üçün imtina edilməsi vacib olan vərdişləri sıralayıb. Həkimin sözlərinə görə, siyahıda ilk yerdə alkoqollu içkilər dayanır.Spirtli içki qəbulu ağız boşluğu, boğaz, qaraciyər və süd vəzisi kimi bir çox orqanda bədxassəli şişlərin yaranmasına birbaşa şərait yaradır.İkinci ciddi təhlükə isə fiziki fəaliyyətin azlığıdır. Oturaq həyat tərzi keçirən insanlarda yoğun bağırsaq və qida borusu xərçənginin yaranma ehtimalı kəskin artır.Onkoloq Dillon həmçinin qidalanma vərdişlərinə də toxunub: "Rasionda kolbasalar, hisə verilmiş və konservləşdirilmiş ət məhsulları deyil, liflə zəngin bitki mənşəli qidalar üstünlük təşkil etməlidir".Mütəxəssis vurğulayıb ki, qırmızı və emal olunmuş ət məhsullarının mütəmadi istifadəsi onkoloji xəstəliklərə dəvətnamədir. Sağlam qalmaq üçün hərəkətliliyi artırmaq və zərarlı qidalardan uzaq durmaq şərtdir.Yəni, xərçəngdən qorunmaq üçün içkidən uzaq durmaq, çox hərəkət etmək və hazır ət məhsulları əvəzinə tərəvəz yemək lazımdır.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.