Yazını böyüt
Yazını kiçilt
Tovuz rayonu ərazisində avtomobil qəzası baş verib. Hadisə rayonun Dondarquşçu kəndi ərazisində qeydə alınıb.
Hafta.az xəbər verir ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı tikiliyə çırpılıb.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.