Müğənni Şəbnəm Tovuzlu həmkarı Aysun İsmayılova ilə müqayisə olunmasına münasibət bildirib.
"Aysun uşaqdır, 29-30 yaşı var. Moskvadakı toy qiymətini bilmirəm. Amma onu bilirəm ki, Bakıda məclislərdə yarım saata ikimizin qiyməti eynidir - 4000 manat".
"Çünki bir-birimizin işini oturtmuşuq. Allah hamının ruzisini versin". - Tovuzlu əlavə edib.
Onun bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər sənətçinin fikirləri ilə razılaşsa da, digərləri müqayisələrin qaçılmaz olduğunu qeyd ediblər.