Azərbaycan turizm sektorunda ciddi narazılıq dalğası yaranıb.
Publika.az FED.az-a istinadən xəbər verir ki, Türkiyə uçuşları üzrə inhisarçı mövqedə olan “Summer Tour Azərbaycan” MMC şirkəti artıq satılmış və müştərilərə təqdim edilmiş tur paketləri üzrə sonradan əlavə ödəniş tələb etməyə başlayıb. Söhbət hər turist üçün əlavə 65 ABŞ dolları məbləğindən gedir. Şirkətin yaydığı elana əsasən, indiyədək satılmış və artıq pulu ödənilmiş Türkiyə turları üzrə hər bir səyahətçi üçün 65 dollar əlavə ödənilməlidir.
Bu qərar adambaşına tur qiymətini təxminən 100 manat artırmaqla yanaşı, erkən rezervasiyadan istifadənin gətirdiyi üstünlüyü faktiki olaraq aradan qaldırır.
«Summertour» şirkəti bu addımı dünyadakı mövcud iqtisadi vəziyyət və yanacaq qiymətinin artması ilə əlaqələndirib. «Summertour»un turizm şirkətlərinə göndərdiyi açıqlamasında deyilir ki, dünya üzrə mövcud iqtisadi vəziyyət və yanacaq qiymətlərində baş verən ciddi qiymət artımları və çatışmazlığı səbəbi ilə “Azərbaycan Hava Yolları” QSC və digər havayolları tərəfindən aviabilet qiymətlərinə dəyişikliklər edilmişdir. Bununla əlaqədar olaraq:
1. 26.04.2026-cı il tarixinədək (həmin tarix daxil olmaqla) edilmiş və uçuş tarixi 01.05.2026-cı il tarixindən sonra olan bütün rezervasiyalar üzrə hər sərnişin üçün yanacaq xərci əlavəsi olaraq 65 (altmış beş) ABŞ dolları məbləğində (kommissiya daxil) əlavə ödəniş tətbiq ediləcəkdir;