AZ

TikTok bu ölkədə yüz minlərlə hesabı deaktiv etdi SƏBƏB

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

TikTok İndoneziyadan olan yetkinlik yaşına çatmayanların 1,7 milyon profilini deaktiv edib. Martın sonunda ölkədə 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun qüvvəyə minib.

Ölkə.Az-ın "Antara News"a istinadən məlumatına görə, aprelin 10-na qədər təxminən 780 min hesab deaktiv edilib, bundan sonra proses sürətlənib.

İndoneziyanın rabitə və rəqəmsal texnologiyalar naziri Meutya Hafid ümidvar olduğunu bildirib ki, ictimaiyyət hökumətin gələcək nəsillərin qorunmasına yönəlmiş addımlarını dəstəkləyəcək.

İndoneziya hökumətinin uşaqların internetdə qorunması haqqında qərarı sosial şəbəkələr tərəfindən yaşın yoxlanılması sisteminin tətbiqini, 16 yaşından kiçik uşaqların hesablarının deaktiv edilməsini, həmçinin uyğunsuz məzmunun silinməsini nəzərdə tutur. Əks halda, platformaları ölkə ərazisində bloklanma təhlükəsi gözləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
2
olke.az

3Mənbələr