AZ

Trampa sui qəsd şübhəlisi büdrəyib yıxıldıqdan sonra həbs olunub

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Məxfi Xidmətinin agentləri ABŞ Prezidenti Donald Trampa sui-qəsd cəhdində ittiham olunan Kol Tomas Alleni qaçarkən saxlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə "CBS News" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, şübhəli hadisə zamanı tüfəngdən atəş açdıqdan sonra qaçmağa çalışarkən büdrəyərək yıxılıb və bu zaman ABŞ Məxfi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Agentlər onu dərhal tərksilah edib və üzərində partlayıcı maddə olmadığını yoxlamaq üçün köynəyini çıxarıblar.

Bildirilib ki, hadisə aprelin 25-də Vaşinqtondakı Vaşinqton Hilton otelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının illik qəbulu zamanı baş verib. Tədbirdə yüksək rütbəli rəsmilərin iştirakı zamanı atışma qeydə alınıb və Məxfi Xidmətin bir əməkdaşı yaralanıb.

Məlumata əsasən, 31 yaşlı Allen daha əvvəl həmin oteldə otaq sifariş edib və odlu silahı gizli şəkildə içəri keçirə bilib.

Qeyd olunur ki, o, ABŞ Prezidentinə sui-qəsd cəhdində, ağır cinayət törətmək niyyəti ilə silah və sursat daşımaqda, eləcə də zorakı cinayətdə odlu silahdan istifadə etməkdə ittiham olunur.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
21
redaktor.az

10Mənbələr