Tovuz rayonunda qəza baş verib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı tikiliyə çırpılıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Qəzada xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Bunlar Şəmkir sakini 1976-cı il təvəllüdlü Vəliyeva Aynurə Adil qızı, Şuşa sakini 1983-cü il təvəllüdlü Mustafayev Tural Əli oğlu və Tovuz sakini 1998-ci il təvəllüdlü Nəzərov Elşən Nüsrət oğludur.
Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilib.
"Cebheinfo.az"